"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir.
Almaniyanın tanınmış avtomobil istehsalçısı "Mercedes-Benz", xərclərin yüksək səviyyədə qalması səbəbindən ölkədəki istehsalını dayandırmaq niyyətindədir. Şirkət, yeni modellərin istehsalını da xarici istehsal müəssisələrinə köçürməyi düşünür.
Maliyyə göstəricilərinin kəskin pisləşdiyi bildirilir. Şirkətin üçüncü rübdəki avtomobil bölməsinin əməliyyat mənfəəti 560 milyon avroya düşərək yarıdan çox azalmışdır. Eyni zamanda, Çin bazarındakı satışların 31% azaldığı qeyd edilir. Bu inkişaflar, şirkətin maliyyə mövqeyini zəifləşdirərək ciddi bir böhran yaratmışdır.
"Mercedes-Benz" şirkəti, yaşanan böhrana cavab olaraq dekabr ayından etibarən Almaniyadakı müəssisələrində kompensasiyalı könüllü işdənçıxarma proqramını yenidən işə salmağı planlaşdırır. Bu addım, xərclərin azaldılması istiqamətində atılan sərt bir tədbir kimi qiymətləndirilir.
Şirkətin rəhbərliyi, müvafiq dəyişikliklərin həyata keçirilməməsi halında, istehsalın dayandırılmasının qaçılmaz olduğunu və bunun istehlakçıların təlabatına da zərbə vuracağını vurğulayır. Bu inkişafa dərhal reaksiyanın verilməsi gözlənilir, çünki işçilərin və istehlakçıların maraqları burada ön plandadır.