Ezonn Xəbər

ABŞ-dan İsrail Müdafiət Ordusuna ŞOK ÇAĞIRIŞ - İranla müharibəyə hazırlaşın

ABŞ-dan İsrail Müdafiət Ordusuna ŞOK ÇAĞIRIŞ - İranla müharibəyə hazırlaşın
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrail Müdafiə Ordusunu (İDF) İranda hərbi əməliyyatların yenidən başlanması ehtimalı ilə bağlı hazırlaşmağın zəruri olduğunu bildirib. Bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti məlumat yayıb. Məlumata görə, ABŞ-dan gələn siqnallar, İsrail və Fars körfəzi ölkələrinə, təhlükəsizlik sahəsində İranla müharibənin mümkün yaxınlaşması ehtimalını nəzərə almaq üçün göndərilib. Bu, ABŞ prezidenti Donald Trampın son vaxtlar hərbi əməliyyatların başlanmasına ehtiyac görmədiyi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir. Hazırda ABŞ Yaxın Şərqə resursların köçürülməsini davam etdirir. ABŞ-ın Yaxın Şərq və Avropadakı bazalarında artıq təxminən 200 yanacaqdoldurma təyyarəsi mövcuddur. Növbəti həftə isə "Corc Vaşinqton" və "Corc Buş" adlı iki aviadaşıyıcının, eləcə də "Ruzvelt" adlı üçüncü aviadaşıyıcının Ərəbistan dənizinə çatması gözlənilir. “Kan”ın məlumatına görə, bu aviadaşıyıcılarla yanaşı, müxtəlif hava hücumundan müdafiə sistemləri ilə birlikdə minlərlə amerikalı hərbçinin Yaxın Şərqdəki ABŞ bazalarına yerləşdiriləcəyi bildirilir. Noyabrın 11-də ABŞ Prezidenti Vaşinqtonun İrana bir daha zərbələr endirməyə məcbur qalmyacağına ümidini ifadə edib.