Nazir ona sərt xəbərdarlıq edən əsgəri mükafatlandırdı — Video

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
ABŞ Müdafiə Naziri Pit Heqset, Arlinqton Milli Qəbiristanlığında Veteranlar Günündə sükut qaydalarını pozduğuna görə əsgər Tomas İqlesiası mükafatlandırıb. Hadisə zamanı Heqset və komandası abidə qarşısında şəkil çəkdirərkən, qrupdan gülüş və danışıq səsləri eşidilir.
Bu zaman 3-cü Piyada Alayının əsgəri Tomas İqlesias ziyarətçiləri yaxınlaşaraq, sərt şəkildə nizam-intizam xatırladıb. O, “Bütün ziyarətçilər hər zaman sükut və hörmət mühitini qorumalıdırlar” deyərək, öz vəzifəsini yerinə yetirib. Əsgərin bu cəsarətli davranışı, hadisənin videolarının mətbuatda yayılması ilə geniş müzakirələrə səbəb olub.
Hər kəsin diqqətini çəkən bu məsələ ilə bağlı Pentaqon əsgərin xidmətini yüksək qiymətləndirib. Nazir Heqset, İqlesiası və onun xidmət etdiyi bölmənin üzvlərini Pentaqona dəvət edərək, əsgərə “Birgə Xidmət Tərif Medalı” təqdim edib.
Mükafatlandırma mərasimindən sonra Heqset, sosial media hesabında əsgərin prinsipial mövqeyini təqdir edərək, “Biz əsgərləri sevirik. Biz standartları sevirik. Afərin. Xidmətinizə davam edin, vətənpərvərlər” qeyd edib.