Ezonn Xəbər

Qardaş ölkəni yasa boğan faciə – Helikopter qəzasında şəhid olan 4 hərbçinin adı açıqlandı

Qardaş ölkəni yasa boğan faciə – Helikopter qəzasında şəhid olan 4 hərbçinin adı açıqlandı
Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir. Türkiyənin Malatya vilayətində noyabrın 12-də baş vermiş helikopter qəzası ölkədə ciddi kədər yaradıb. Yeşilyurt rayonunun Samanköy məhəlləsində S-70 Sikorsky tipli hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 4 hərbçi şəhid olub. Şəhid olan hərbçilərin adları da açıqlanıb: pilot mayor Ərdəm Çimen, pilot mayor Orhun Pınar, baş gizir Hüseyin Zehir və gizir Sərxan Öndər. Onların ailələrinə, Türk Silahlı Qüvvələrinə və xalqına başsağlığı verilib. Helikopterin yaşayış binalarının yaxınlığında açıq əraziyə düşməsi, hadisənin daha da ağırlaşmasına səbəb olub. Qəza baş verdikdən sonra bölgədə güclü yanğın başlayıb və alov yaxınlıqdakı evlərdən birinə keçib. Yanğının söndürülməsi üçün dərhal yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib. Xoşbəxtlikdən yanğın sürətlə söndürüldüyü üçün əlavə insan tələfatı qeydə alınmayıb. Ancaq bu faciə, hərbi xidmətçilər arasında ciddi təhlükəsizlik məsələlərini bir daha gündəmə gətirib. Türkiyənin Milli Müdafiə Nazirliyi, baş verən bu qəza ilə bağlı geniş araşdırma aparılacağını bildirib.