Avropa Rusiyanın bu planını qəbul etmədi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Avropa liderləri, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh danışıqları çərçivəsində irəl sürdüyü təhlükəsizlik arxitekturasını yenidən formalaşdırma təşəbbüsünü qəbul etməyiblər. Ukrayna Prezident Vladimir Zelenski isə müttəfiqlərinə xəbərdarlıq edərək bildirmişdir ki, ABŞ və Rusiya bu məsələnin müzakirəsinə daxil olublar.
Məlumatlara görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner, noyabrın 11-də Moskvada Vladimir Putinlə görüşüblər. Bu görüş, Əbu-Dabidə həyata keçirilən Ukrayna üzrə sülh danışıqlarından sonra baş tutub. Həmin danışıqlarda Rusiya nümayəndə heyəti Avropanın təhlükəsizlik mexanizmləri məsələsini gündəmə gətirsə də, Avropa rəsmiləri ilə görüşməkdən imtina ediblər.
“Faynənşl Tayms” nəşrinin məlumatına görə, tərəflər daha geniş Avropa təhlükəsizliyi mövzusunu müzakirə etsələr də, bunun konkret məzmununa toxunmayıblar. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə bildirmişdir ki, danışıqlardan sonra Moskva, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamını əvəz edəcək yeni bir Avropa təhlükəsizlik sistemi yaratmağa cəhd edir.
Üstəlik, Avropa paytaxtlarında narahatlıq artmaqdadır. Avropa liderləri, Ukrayna üzrə danışıqlar masasında yer almaq müqabilində qitədəki müdafiə və təhlükəsizlik məsələlərinin daha geniş müzakirəsinə razılıq verməyə məcbur edilə biləcəklərindən ehtiyatlanır. Onlar son beş il ərzində bu cür yanaşmanı qəbul etməkdən çəkiniblər.