Ezonn Xəbər

MİDA mindən çox güzəştli mənzili satışa çıxarır

MİDA mindən çox güzəştli mənzili satışa çıxarır
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dekabrın 16-da 1 049 güzəştlə mənzili satışa çıxaracağını elan edib. Bu satış prosesi saat 11:00-dan 13:00-dək baş tutacaq. Mənzil seçimi isə 12:00-dan 13:00-dək gözləmə qaydasında həyata keçiriləcək. Satışa çıxarılan mənzillər arasında 839-u Binəqədidə, 201-i Şirvanda, 5-i Hövsanda, 4-ü isə Yevlaxda yerləşir. MİDA-nın açıqlamasına görə, Binəqədi və Hövsan yaşayış komplekslərində mənzillər yalnız şəxsi vəsait hesabına, Şirvan və Yevlaxda isə həm şəxsi, həm də ipoteka krediti ilə əldə oluna bilər. Güzəştli ipoteka şərtlərinə görə, illik faiz dərəcəsi 4% təşkil edir, və kredit müddəti 3 ildən 30 ilədəkdir. Minimal ilkin ödəniş və 30 illik kredit müddətinə uyğun olaraq, Şirvanda aylıq ödənişlər 236 manatdan, Yevlaxda isə 186 manatdan başlayır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə satışa təqdim ediləcək. Mənzillərin seçimi elektron "Güzəştli mənzil" sistemi vasitəsilə aparılacaq. Satışa yalnız sistemdə elektron kabineti olan şəxslər daxil ola biləcək. Bu sistemdə qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, bütün iştirakçılar bərabər hüquqa sahibdirlər.