Ezonn Xəbər

General-mayor 80 min manatlıq avtobus aldırır?

General-mayor 80 min manatlıq avtobus aldırır?
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi, nəqliyyat parkını yeniləmək məqsədilə yeni satınalma müsabiqəsi keçirir. Müsabiqə çərçivəsində 1 ədəd 17+1 yerlik mikroavtobus satın alınması planlaşdırılır. Tenderin mikroavtobusunun qiyməti 79.500 AZN (79 min 500 manat) təklif edilib. Tenderin texniki şərtlərinə əsasən, mikroavtobus yeni, qara rəngdə, Euro V standartlı turbo dizel mühərrikə malik olmalıdır. Mühərrikin iş həcmı minimum 2700 sm³, fırlanma anı isə 350 Nm olmalıdır. Alınacaq nəqliyyat vasitəsi minimum 6 pilləli mexaniki sürətlər qutusu ilə təchiz olunmalı və arxa ötürücü sistemə sahib olmalıdır. Mikroavtobusun tam kütləsi minimum 4000 kiloqram olmalı, uzunluğu isə 5500–6000 mm arasında dəyişməlidir. Bu nəqliyyat vasitəsində kondisioner, təhlükəsizlik sistemləri (ABS, EBD, ESC/ESP), hava yastıqları, ikiqat arxa təkərlər, arxa görüntü kamerası və monitor kimi xüsusiyyətlərin olması da tələb edilir. Tender şərtlərinə görə, təchizatçı mikroavtobusa minimum 2 il və ya 200.000 kilometr zəmanət verməlidir. Eyni zamanda, nəqliyyat vasitəsinin Baş Dövlət Yol Polisi İdarəsi vasitəsilə dövlət qeydiyyatına alınması və şəhadətnamə ilə birlikdə təhvil verilməsi də mütləqdir. Xatırladaq ki, 2022-ci ilin avqustundan etibarən, "Azərterminalkompleks" Birliyinin direktoru vəzifəsi general-mayor Kənan Aşurluya həvalə olunub.