Qərb Paşinyanı devirir, yerinə onu gətirir? - “Yenidən başla” hərəkatı aktivləşir

Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistanda siyasi arenada son günlərdə gərginlik hökm sürür. Məlumatlara görə, Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın müxalifət sıralarına qoşulacağı ilə bağlı şayiələr yayılıb. Qərbin onun üzərindəki təsiri artmaqdadır və bu, onu Nikol Paşinyan hökmətinə qarşı "dəyənəyə" çevirmək məqsədini güdür.
Gündəmə gələn söhbətlər Qriqoryanın “Aİ üzvlüyünün illüziyası” adlı məqaləsini dərc etməsindən sonra daha da şiddətlənib. Bu məqalədə Qriqoryan, baş nazir Paşinyanın siyasi kursunu sərt tənqid edib. Onun fikrincə, Paşinyanın həyata keçirdiyi siyasət Ermənistanın gələcəyi üçün təhlükə yaradıb.
Eyni zamanda, 2018-ci il inqilabında fəal iştirak edən "Yenidən başla" hərəkatının da yenidən aktivləşəcəyi dönüşümdə olduğu bildirilib. Bu hərəkat, Paşinyana qarşı mübarizəyə qoşulmaq üçün gənclərlə bir araya gəlib və görüşlər təşkil edib. Həmin görüşlərdə gənclərin baş nazirə konkret suallar ünvanladığı qeyd olunur.
Şayiələrə görə, Armen Qriqoryanın “Yenidən başla” hərəkatına qoşulması, onların qərbpərəstləri birləşdirmək və Ermənistanın xarici siyasət məsələlərində yeni təşəbbüslər irəlilətmək məqsədini daşıyır. Lakin bu təşəbbüslərin Aİ-yə doğru olmayacağı, Rusiyanın təsir dairəsindən çıxmaqla, Britaniya modelinə oxşar bir xarici siyasət həyata keçirtmək niyyətində olduqları bildirilir.