Ezonn Xəbər

Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası

Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. Kriminal dünyada "Boyunlar" qrupu ilə tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən biri olan Mehmet Recep Demir, Azərbaycanda tutulub. Bu barədə Anadolu Agentliyi və digər Türkiyə media orqanları rəsmi dövlət strukturlarına istinad edərək məlumat yayıb. Demirin Azərbaycana gizli şəkildə keçdiyi ilə bağlı məlumatlar bir neçə ay əvvəl yayımlanmışdı. Eyni zamanda, onun Azərbaycanda silahlı hücum nəticəsində öldüyü ilə bağlı xəbərlər də dolaşdı. Lakin daha sonra bu məlumatların yalan olduğu anlaşılmışdır. Onun bu cür xəbərləri yaymaqla təqiblərdən yayınmağa çalışdığı müəyyən edilib. Qafqazinfo-nun əldə etdiyi məlumata görə, Mehmet Recep Demir, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həbs olunub. Hal-hazırda o, DTX təcridxanasında saxlanılır. Türkiyə hüquq-mühafizə orqanları "Boyunlar" kriminal təşkilatı ilə bağlı geniş istintaq aparır. Həmçinin, "Daltonlar" adı altında fəaliyyət göstərən qrupun da araşdırıldığı bildirilib. Türkiyə Baş Prokurorluğu, Demirin ekstradisiyası üçün Azərbaycanın məhkəmə-hüquq orqanlarına sorğu göndərib.