Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununa çıxır

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirəcək. Yığmamız D Liqasının 2-ci qrupunda Lixtenşteynlə qarşılaşacaq.
Oyun, Vaduz şəhərindəki “Reynpark” stadionunda Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Görüşü Estoniyadan olan FIFA referisi Kristo Tohver idarə edəcək. Onun köməkçiləri isə həmyerliləri Silver Koiv və Sander Saqadır.
Hazırda Azərbaycan milli komandası qrupun lideridir, 5 xalla birinci pillədə qərarlaşan yığmamız, üç oyun keçirib. Bu oyunlarda bir qələbə, iki heç-heçə əldə edilib. Lixtenşteyn komandası isə yalnız 1 xalla üçüncü yerdədir.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən əvvəlki qarşılaşma qolsuz heç-heçə ilə başa çatmışdı. Azərbaycan yığmasının bu oyunu, qrupun liderliyini möhkəmlətmək üçün əhəmiyyətli bir şansdır.