Bakıda “Eternity-2026” təliminin açılış mərasimi keçirilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi baş tutub. Tədbir Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilib.
Tədbirdə iştirak edən hər üç ölkənin nümayəndələri, azadlıq uğrunda canını fəda edənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Açılış mərasimində çıxış edən general-mayor Vüqar Əliverdiyev, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını iştirakçılara çatdıraaraq, qarşıya qoyulan tapşırıqların uğurla icra olunması üçün arzularını bildiriblər.
Açılışdan sonra, təlimin məqsədi, qarşıya qoyulan tapşırıqlar və aidiyyəti dövlət qurumlarının fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib. Təlimə 200-dən çox şəxsi heyətin cəlb olunduğu qeyd edilib.
“Mütəmadi keçirilən bu təlimin əsas məqsədi, regional iqtisadi layihələrin və strateji obyektlərin mühafizəsi üzrə birgə fəaliyyətlərin koordinasiyasını təkmilləşdirmək, eləcə də iştirakçıların təhlükəsizliyin təmin edilməsinə dair analitik bacarıqlarını inkişaf etdirməkdir,” - deyə məlumat verilib.
“Eternity-2026” təliminin noyabrın 20-dək davam edəcəyi bildirilmişdir. Bu təlim, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsi nöqteyi-nəzərdən mühüm əhəmiyyətə malikdir.