Ezonn Xəbər

ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək

ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasında vətəndaşlara pulsuz ərzaq və ya ərzaq normasının təmin edilməsi ilə bağlı yeni məlumatlar yayılıb. Qanunvericiliyə əsasən bu xidmətlər, xüsusi dövlət xidməti keçən şəxslərə, stasionar sosial müəssisələrdə yaşayanlara, sığınacaqlarda qalanlara və fövqəladə vəziyyətlərdən zərər çəkənlərə təqdim olunur. Pulsuz ərzaq yardımı alan şəxslər arasında məcburi hərbi qulluqçular və güc strukturları əməkdaşları da mövcuddur. “Hərbi qulluqçuların statusu haqqında” qanunun tələblərinə əsasən, bu kateqoriyadakı şəxslər müəyyən olunmuş ərzaq normalarına uyğun olaraq gündəlik pulsuz qidalanma ilə təmin edilir. Müdafiə Nazirliyi və digər müvafiq orqanlar, belə şəxslərə xidmət müddətində pulsuz ərzaq payı təqdim edir. Eyni zamanda, sosial xidmət müəssisələrində yaşayan tənha ahıl şəxslər də dövlət tərəfindən pulsuz ərzaqla təmin olunurlar. Bu qayda, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar və kimsəsizlər üçün də şamil olunur. Belə ki, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə də gündə üç dəfə pulsuz qida verilir. Fövqəladə hal zamanı zərər çəkmiş şəxslərə, məsələn, təbii fəlakətlər zamanı evsiz qalmışlara, müvafiq romantdə pulsuz ərzaq və içməli su yardımı edilir. Bunlarla yanaşı, insan alveri və məişət zorakılığından zərər çəkmiş şəxslər də dövlət tərəfindən yaradılmış sığınacaqlarda pulsuz ərzaq və tibbi yardım alırlar. Bu yardımlar, zərərçəkmişlərin sosial vəziyyətini stabilləşdirmək məqsədini güdür.