Ezonn Xəbər

Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxsə hökm oxundu

Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxsə hökm oxundu
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. Gəncə Ağır Cinayətlər Məhkəməsində Murad Hacıyevin qətl törətməkdə təqsirləndirilməsi ilə bağlı məhkəmə prosesi sona çatıb. Məhkəmə sonuncu oturumda hökmünü verərək, Hacıyevi 9 il müddətinə azadlıqdan məhrum edib. İttihama əsasən, 2026-cı il fevralın 2-də Murad Hacıyev, idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Gəncə şəhərində Röyal Məmmədovun sürdüyü “VAZ-2107” avtomobilini saxlamasını tələb edib. Hadisə saat 23 radələrində baş verib. Murad, M.Müşfiq küçəsində Röyalın avtomobilinin qarşısını kəsib və ona qarşı zorakılıq göstərib. Murad Hacıyev Röyalı yerə yıxaraq ona əl və ayaq zərbələri endirib, daha sonra isə bıçaqla hücuma keçib. Hacıyev, üzərində olan turist bıçağı ilə Röyal Məmmədova 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Murad Hacıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, mərhum Röyal Məmmədov Vətən müharibəsinin iştirakçısı olub və döyüşlərdəki şücaətinə görə medallarla təltif edilib.