Ezonn Xəbər

“Kristal”da gizli rəqəm OYUNU — Deputatın oğlu vətəndaşları aldadır?

“Kristal”da gizli rəqəm OYUNU — Deputatın oğlu vətəndaşları aldadır?
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Ölkənin tanınmış tikinti şirkəti “Kristal Bakı” ASC, satışa çıxardığı mənzillərlə bağlı alıcılarda narahatlığa səbəb olub. Beləki, eyni mənzil üçün təqdim edilən ödəniş məbləğləri arasında ciddi fərqlər müşahidə edilir. Xüsusilə ipoteka sorğusuna daxil olduqda, bir mənzil üçün nəzərdə tutulan ilkin ödəniş 57 min 674 manat, aylıq ödəniş isə 1 576 manat 61 qəpik kimi göstərilir. Bu vəziyyət, alıcılar arasında suallar doğurub. Məlum olub ki, eyni mənzil və kredit müddəti üçün təklif edilən aylıq ödənişlər arasında 114 manat 86 qəpik fərq mövcuddur. Bu durum vətəndaşların haqlı narazılığına səbəb olub. Şirkətdən verilən açıqlamada, məsələnin texniki xəta olduğu bildirilib. Onlar, faiz dərəcəsinin düzgün hesablanmadığını və bu səbəbdən aylıq ödəniş məlumatlarının yanlışı ilə əks olunduğunu qeyd ediblər. Kristal şirkətinin nümayəndələri, yaranan texniki problemin artıq aradan qaldırıldığını və nəhayət həmin bölmələrdə aylıq ödənişlərin eyni şəkildə təqdim olunduğunu açıqlayıb. Şirkət 19 mart 2020-ci ildən fəaliyyət göstərir və baş idarəsi Pərviz Vəliyevə aiddir. Şirkətin səhmlərinin 50%-i Vəliyev Pərviz Ağalar oğluna, 25%-i Nəbiyev Fərid Elbrus oğluna, 25%-i isə Nəbiyev Araz Mahayət oğluna məxsusdur. Bu xəbərlə əlaqədar daha ətraflı məlumatları izləyicilərimiz üçün bizim YouTube kanalımızda təqdim edəcəyik.