Ezonn Xəbər

Bakıda kütləvi dava: bıçaqlananlar var

Bakıda kütləvi dava: bıçaqlananlar var
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Bakının Nərimanov rayonunda baş verən kütləvi davada 3 nəfər bədən xəsarətləri alıb. Hadisə Böyükşor ərazisində, Dərnəgül taxta bazarının yaxınlığında baş verib. Xəsarət alan şəxslər arasında 1998-ci il təvəllüdlü Sərvan Məsimov, 1996-cı il təvəllüdlü Raqif Rəhimov və 1996-cı il təvəllüdlü Ravin Xəlilov var. Məlumata görə, Sərvan Məsimov və Raqif Rəhimov bıçaqlanıb, Ravin Xəlilov isə döyülərək xəsarət alıb. Yaralılardan ikisi, Sərvan Məsimov və of Raqif Rəhimov Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Raqif Rəhimovun vəziyyəti ağır olduğuna görə Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə aparılıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, davanın dəqiq səbəbi hələlik məlum deyil.