Ezonn Xəbər

MİDA mindən çox güzəştli mənzili satışa çıxarır - QİYMƏTLƏR

MİDA mindən çox güzəştli mənzili satışa çıxarır - QİYMƏTLƏR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dörd yaşayış kompleksi üzrə toplamda 1,049 güzəştlə mənzili satışa təqdim edəcək. Bu barədə MİDA məlumat yayıb. Mənzillərin satışı 2023-cü ilin dekabrın 16-da saat 11:00-da başlayacaq və 13:00-dək davam edəcək. Gözləmə qaydasında mənzil seçimi isə saat 12:00-dan 13:00-dək həyata keçiriləcək. Satışa çıxarılan mənzillər arasında 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir. MİDA-nın verdiyi məlumata əsasən, Hövsan və Binəqədi komplekslərində mənzillər yalnız şəxsi vəsait hesabına, Şirvan və Yevlaxda isə həm şəxsi vəsait, həm də ipoteka krediti vasitəsilə əldə edilə bilər. Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4%-dir. Kredit müddəti 3 ildən 30 ilədəkdir. Minimal ilkin ödəniş və 30 illik kredit müddəti nəzərə alındıqda, Şirvanda aylıq ödənişlər 236 manatdan, Yevlaxda isə 186 manatdan başlayır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi istilik sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş halda təqdim edilir. Mənzillərin seçimi elektron qaydada “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçiriləcək, yalnız sistemdə elektron kabineti olan vətəndaşlar iştirak edə biləcək.