Ezonn Xəbər

Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir? - DOSYE

Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir? - DOSYE
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Dünən Azərbaycanda "Barış Boyun" cinayətkar qruplaşmasının rəhbərlərindən biri olan Mehmet Recep Demir saxlanılıb. O, Türkiyədə ciddi cinayət ittihamları ilə üzləşərək, İstanbulda iş adamı Mustafa Akın üzərinə sui-qəsd planının təşkilində iştirak etməkdə ittiham olunur. İstintaqın materiallarına əsasən, Mehmet Recep Demir 2024-cü il fevralın 5-də Mustafa Akının İstanbulun Bakırköy rayonundakı "Balkon Cafe"də olduğunu öyrənib. Bu məlumata istinadən, o, muzdlu qatillərə lazım olan avtomobil və silah göndərilməsini təşkil edib. Hücum zamanı Mustafa Ak əvvəlcədən kafedən çıxaraq sağ qalıb, lakin atəş nəticəsində kafedəki Muhammet Çakmakçı ağır yaralanıb. Sui-qəsd planının səbəbi 9 milyon avroluq borc mübahisəsi olub. İstanbul Baş Prokurorluğu tərəfindən tərtib olunmuş 1121 səhifəlik ittiham aktında Demir, cinayətkar təşkilatın rəhbərlərindən biri olaraq göstərilir. O, silahlı cinayətkar dəstəyə üzv olmaq, qəsdən adam öldürməyə cəhd, silahlı hücum və digər ciddi maddələrlə ittiham olunur. Prokurorluq, Mehmet Recep Demir və onunla əlaqəli şəxslərin hər biri üçün 613 ildən 2967 ilədək həbs cəzası tələb edir. Həmçinin, barəsində 48 tutulma qərarı olduğu bildirilen Demir, Azərbaycanın dövləti sərhədini qanunsuz keçmək ittihamı ilə saxlanılıb. Türkiye, onun ekstradisiyası üçün rəsmi müraciət ünvanlayıb. İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Demirin Azərbaycanda saxlanılması ilə bağlı hüquqi prosedurlar başlanılıb. Prokurorluq, Mehmet Recep Demirin ekstradisiyası üçün müvafiq müraciətlərin göndərilməsini planlaşdırır.