Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının sayı açıqlanıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Hazırda Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur. Bu məlumatı Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda keçirilən media təlimində açıqlayıb.
Zeynalovun sözlərinə görə, akkreditasiya attestatları sınaq və kalibrləmə laboratoriyalarına, sertifikatlaşdırma həyata keçirən qurumlara və inspeksiya orqanlarına təqdim edilib. Akkreditasiya attestatı həmin qurumların fəaliyyətinin müəyyən tələblərə uyğun və texniki səriştəyə uyğun olduğunu təsdiqləyir.
Bu proses, müvafiq şəkildə bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, eyni zamanda sağlam rəqabət mühitinin yaradılmasına xidmət edir. Zeynalov, akkreditasiya sisteminin beynəlxalq standartlara uyğun inkişafını, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləməyi və ölkədə keyfiyyət infrastrukturunun gücləndirilməsini AzAK-nın əsas məqsədilə olduğunu vurğulayıb.