Ezonn Xəbər

"Xankəndi" Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker olub

"Xankəndi" Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker olub
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Milli gəmiçilik tarixində əhəmiyyətli bir hadisə baş verib. "Xankəndi" adlı tanker, müstəqil Azərbaycan bayrağı altında Avstraliya sularına daxil olan ilk gəmi olub. Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb. Tankerin tarixi səfəri "Aframax" tipinə aid olduğu bildirilir. Gəmi oktyabrın 19-da Bruneyin Seria limanından yola çıxmış və 18 gün fasiləsiz sürdükdən sonra Avstraliyanın Gilonq limanına yan alıb. Limanda tanker, yüklərini təhlükəsiz şəkildə boşaldıb. Avstraliya limanında dəniz təhlükəsizliyi və ekoloji nəzarət tədbirləri çərçivəsində ciddi prosedurların həyata keçirildiyi vurğulanıb. "Xankəndi" tankeri, burada olduğu müddətdə yerli ekoloji nəzarətdən müsbət qiymət alıb, eləcə də ABŞ təsnifat cəmiyyətinin illik müayinəsindən uğurla keçib. Tanker həmçinin, heyət dəyişikliyi, yanacaq təchizatı prosesi və təhlükəsizlik sistemlərinin texniki xidmətini də etmişdir. Gəmi, 2024-cü ildə ASCO ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə layihəsi olan "SA Maritime AFEZCO" Müəssisəsi tərəfindən alınıb. Tanker avqust ayında Türkiyənin Aliağa limanında bir bayraq qaldırma mərasimi ilə istismara qəbul edilib. Tankerin texniki göstəriciləri arasında 115 521 ton dedveyti, 249,95 metr uzunluğu, 44 metr eni, 21,20 metr bort hündürlüyü, 15,22 metr suya oturumu və maksimal 16 düyün sürət yer almaqdadır.