Azərbaycanda saxlanılan türkiyəli mafiya başçısı: Mehmet Rəcəb Dəmirlə bağlı yeni faktlar

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Dünən Azərbaycanda “Barış Boyun” cinayətkar qruplaşmasının liderlərindən olan Mehmet Rəcəb Dəmir saxlanılıb. Türkiyədə aparılan istintaq nəticəsində onun ciddi cinayətlərdə iştirak etdiyi məlum olub. Dəmir, İstanbulda iş adamı Mustafa Akın’a qarşı sui-qəsd planının təşkilində mühüm rol oynayıb.
Məlumatlara görə, Dəmir və qruplaşmanın digər rəhbərlərindən biri, Mirhan Aygün, Mustafa Akının öldürülməsini planlaşdırmaqla ittiham edilirlər. İstintaq jurnallarına əsasən, Dəmir, 2024-cü il fevralın 5-də Akının İstanbulun Bakırköy rayonundakı “Balkon Cafe”də olduğunu öyrənmiş və bunun ardından muzdlu qatillərə avtomobillər və silah göndərilməsini təşkil etmişdir.
Bir neçə saat sonra, kafeyə silahlı hücum reallaşmışdır. Lakin hücum zamanı Mustafa Ak əvvəlcədən məkanı tərk etdiyindən zərər görməmişdir. Atəş nəticəsində kafedə olan Məhəmməd Çakmakçı ağır yaralanaraq bir gözünü itirmişdir. İstintaqın məlumatlarına görə, silahlı hücuma səbəb olan mübahisə Mustafa Akının 9 milyon avro borc məsələsidir.
İstanbul Baş Prokurorluğu tərəfindən tərtib edilən 1121 səhifəlik ittiham aktında Dəmir cinayətkar təşkilatın rəhbəri olaraq qeyd edilib. Mehmet Rəcəb Dəmirlə yanaşı, digərlərinə də cinayət törətmək məqsədilə təşkilat yaratma, silahlı cinayətkar dəstəyə üzv olma, qəsdən adam öldürməyə cəhd, silahlı hücum və hədə-qorxu kimi ağır ittihamlar irəli sürülüb. Prokurorluq, Dəmir və digər təqsirləndirilən şəxslər üçün toplamda 613 ildən 2967 ilədək həbs cəzası tələb edir.