Vətən müharibəsi əlili çıxılmaz vəziyyətdə: “20 manata fəhlə işləyirəm”
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir.
Vətən müharibəsi iştirakçısı, iki dəfə yaralanan ehtiyatda olan gizir Orxan Mikayılov əlilliyinin yenidən təyini ilə bağlı ciddi problemlə üzləşdiyini bildirir. 2021-ci ildən müvafiq II qrup əlillik statusu almış Mikayılov, 2026-cı ildə bu statusun müddəti bitdikdən sonra əlillik təyini üçün müraciət etdiyini, lakin imtina cavabı aldığını qeyd edir.
Mikayılovun iddialarına görə, döyüş zamanı aldığı xəsarətlər, güllə yarası və qapalı kəllə-beyin travması onun sağlamlığına ciddi təsir edib. O, 560 gündən çox müddətdə xəstəxanalarda müalicə alıb. Lakin, müayinələr nəticəsində onun sağlamlıq vəziyyətinin əlillik təyinatı üçün kifayət etmədiyi bildirilib.
Hal-hazırda Orxan Mikayılov 20 manata fəhlə işləməyə məcbur qaldığını, bu vəziyyətin onun sosial vəziyyətini daha da ağırlaşdırdığını deyir. O, Müdafiə Nazirliyinin müəyyən etdiyi ştat məsələsində olduğu problemlərin də aradan qaldırılmadığını və bunun da hüquqlarının pozulmasına səbəb olduğunu bildirir.
Mikayılov, 2021-ci ildə 218 nömrəli Əlahiddə Kəşfiyyat Taborunun ləğv edilməsi ilə bağlı yeni yaradılan ştat cədvəlinə daxil edilmədiyinden narazıdır. Bu məsələ ilə bağlı bir neçə dəfə Müdafiə Nazirliyində qəbul edilmiş, lakin heç bir müsbət nəticə əldə edə bilməyib. O, ailəsinin də həm hərbçi olduğunu, həyat yoldaşının da döyüşlərdə iştirak etdiyini vurğulayır.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin nümayəndəsi Tural Qurbanov isə qeyd edib ki, Orxan Mikayılovun müayinəsi zamanı onun sağlamlıq vəziyyətinin əlillik təyinatı üçün uyğun olmadığı müəyyən olunub. Bununla yanaşı, məsələnin bir neçə dəfə müzakirə olunduğu bildirilib.
Mikayılov, yaşadığı bütün çətinliklərə baxmayaraq, öz dövlətindən ədalət və hüquqlarının bərpasını gözləyir.