Türkiyədən Ermənistana dəmir yolu tikilir

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin Qars vilayətinin hakimiyyət nümayəndələri, Ermənistanla sərhəddə yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı işlərin gedişatını yoxlayıblar. Bu məlumatı Türkiyənin “İhlas” agentliyi yayıb.
Nümayəndə heyəti, Qars vilayətinin sərhədyanı bölgəsinə səfər edərək, tikinti işlərinin vəziyyəti ilə yaxından tanış olub. Onlar ayrıca, həmin layihəni həyata keçirən podratçı şirkətin hesabatını dinləyərək, yaranmış vəziyyətlə bağlı ətraflı məlumat alıblar.
Bu layihə, uzun illərdir bağlı olan Ağyaxa (Doğu Kapı) sərhəd-keçid məntəqəsinin və dəmir yolu xəttinin fəaliyyətinin bərpası baxımından əhəmiyyətli hesab edilir. Mühüm iqtisadi və regional əlaqələr qurulması baxımından, bu layihənin icrası gözlənilən faydaları artıracaq.
Eyni zamanda, sərhədlərin açılması və dəmir yolu xətinin yenidən fəaliyyətə başlaması, iki qonşu ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcək.