Noyabrın 14-də Azərbaycanda hava proqnozu

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 14-də Azərbaycanda havanın proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gün ərzində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Ümumilikdə, yağmursuz davam edəcək havada cənub-qərb küləyi əsəcək.
Gecə saatlarında havanın temperaturu 7-12 dərəcə isti, gündüz isə 17-22 dərəcə isti olması gözlənilir. Atmosfer təzyiqinin 763 mm civə sütunu olduğu, nisbi rütubətin isə 60-65% civarında dəyişəcəyi bildirilib.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi dağlıq bölgələrdə arabir duman yaranması mümkündür. Rayonalarda mülayim qərb küləyi əsəcək.
Rayonlarda gecə 4-9 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı, dağlıq ərazilərdə isə gecə 0-4 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı bildirilib.