Ezonn Xəbər

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gün ərzində havanın temperaturu 17-22 dərəcə isti olacağı proqnozlaşdırılır. Havanın gecə saatlarında temperaturu 7-12 dərəcə arasında dəyişəcək. Cənub-qərb küləyinin əsəcəyi gözlənilir, atmosfer təzyiqi isə 763 millimetr civə sütununda olacaq. Rayonlarda da hava şəraitinin əsasən yağmursuz olacağı bildirilir. Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi bölgələrdə arabir duman müşahidə oluna bilər. Mülayim qərb küləyi rayonlarda da hiss ediləcək. Rayonlarda havanın temperaturu gecə 4-9 dərəcə, gündüz isə 17-22 dərəcə arasında olacaq. Dağ yerlərində gecə 0-4 dərəcə şaxta, gündüz isə 8-13 dərəcə isti gözlənilir.