Ezonn Xəbər

Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq

Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə saatlarında havanın temperaturu 7-12 dərəcə isti, gündüz isə 17-22 dərəcə isti olacağı bildirilir. Atmosfer təzyiqinin 763 mm civə sütunu təşkil edəcəyi, nisbi rütubətin isə 60-65 % arasında olacağı açıqlanıb. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman yaranacaq. Mülayim qərb küləyinin əsəcəyi qeyd edilib. Havanın temperaturunun gecə 4-9 dərəcə isti, gündüz isə 17-22 dərəcə isti olacağı, dağlarda isə 0-4 dərəcə şaxta, gündüz saatlarında isə 8-13 dərəcə arasında temperatur olacağı proqnozlaşdırılır.