Rusiya Donbasın tam verilməsini və Finlandiyanın NATO-dan çıxmasını tələb edir

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Rusiya, Ukraynada baş verən müharibəni dayandırmaq üçün danışıqlarda Donbasın tamamilə təhvil verilməsini və Finlandiyanın NATO-dan çıxmasını tələb edir. Bu məlumatı Almaniyanın 'Bild' nəşri yayımlayıb.
Moskva, Ukraynanın işğal altındakı ərazilərinə nəzarət etmək və Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan hissələrini də ələ keçirmək istəyir. Rusiya, həmçinin, Ukraynanın bloklara qoşulmamaq statusunu qəbul etməsini və NATO-ya üzvlükdən imtina etməsini ortaya qoyur. Ancaq Ukraynanın Avropa İttifaqına üzvlüyü hələ də mümkündür.
Təklifdə, Odessa və Nikolayev limanlarının demilitarizasiyası, Ukraynanın bu limanlardan hərbi-dəniz bazası kimi istifadə etməməsi və Qara ilə Baltik dənizlərində gəmiçilik azadlığının təmin olunması da nəzərdə tutulur. Rusiya, NATO-nun Baltikyanı ölkələrdə hərbi bazalar yaratmamasını tələb edir.
Bundan başqa, Rusiya Moldovanın Dnestryanı bölgə və Qaqauziyanı birləşdirən federativ respublikaya çevrilməsini də təklif edir. Moldovanın Aİ-yə daxil olması halında, müstəqilliklə bağlı referendum keçirilməsi nəzəri edilir.
Moskva, Belarusdan nüvə silahlarını və orta mənzilli raketləri çıxarmağa hazır olduğunu bildirir. Bu, danışıqlar çərçivəsində müzakirə olunan təkliflərdən yalnız biridir, və Rusiya Prezidenti Vladimir Putinin bu planı dəstəkləyib-dəstəkləmədiyi hələlik məlum deyil.