Rusiya Donbasın tam verilməsini və Finlandiyanın NATO-dan çıxmasını istəyir

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Rusiya, Ukraynadakı müharibənin dayandırılması üçün danışıqlar çərçivəsində Donbasın tamamilə təhvil verilməsi və Finlandiyanın NATO-dan çıxması tələblərini irəl sürüb.
“Bild” qəzetinin məlumatına görə, bu şərtlər qeyri-rəsmi müzakirələrdə müzakirə olunan planlardan birini təşkil edir. Moskvanın planına əsasən, Ukrayna, işğal altında olan ərazilərini Rusiya nəzarətinə verməli və eyni zamanda NATO-ya üzvlükdən imtina etməlidir.
Qeyd edək ki, Rusiya, Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan hissələri də daxil etməklə, bütün Donbası öz tərkibinə qatmaq niyyətindədir. Bununla yanaşı, Ukraynanın bloklara qoşulmamaq statusunu qəbul etməsi və NATO-ya üzvlükdən imtina etməsi tələb edilir. Lakin, ölkənin Avropa İttifaqına üzvlüyü kifayət qədər müzakirə olunur.
Rusiya, Odessa və Nikolayev limanlarının demilitarizasiyası, Ukraynanın bu limanlardan hərbi-dəniz bazası kimi istifadə etməməsi üzrə tələblər də irəl sürüb. Həmçinin, Qara və Baltik dənizlərində gəmiçilik azadlığının təmin edilməsi müzakirə olunub. Rusiya, NATO-nun Baltikyanı ölkələrdə hərbi bazalar yerləşdirməməsini də istəyir.
Bundan əlavə, Rusiya, Moldovanın Dnestryanı bölgəsi və Qaqauziyanı birləşdirən federativ respublikaya çevrilməsini də təklif edib. Moskva, Belarusdan nüvə silahlarını çıxarmağa, Dnestryanıda yerləşən qoşunlarını geri çəkməyə hazır olduğunu bildirmişdir. Bu təkliflər, danışıqlar çərçivəsində müzakirə olunan bir neçə planlardan biridir.