Ezonn Xəbər

İstanbulda silahlı şəxsə görə əsas körpülərdən birinə giriş-çıxış bağlandı - FOTO

İstanbulda silahlı şəxsə görə əsas körpülərdən birinə giriş-çıxış bağlandı - FOTO
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İstanbulda yerləşən 15 İyul Şəhidlər Körpüsünün Anadolu tərəfində giriş-çıxış silahlı şəxs səbəbindən bağlanıb. Hadisə ilə bağlı əldə edilən məlumata görə, kişi avtomobilini dayandıraraq, bir əlində tapança, digər əlində isə Türkiyə və Pakistan bayraqları ilə körpünün üzərinə çıxıb. Hadisənin səbəbi hələlik dəqiq bilinmir. Kişinin tapança ilə həmin yerdə olması və bayraqları tutması gərginlik yaradıb. Araşdırmaların aparıldığı bildirilir, lakin konkret bir açıqlama hələlik verilmayıb. Türkiyə KİV-də yayımlanan xəbərlərə görə, hadisə yerində təhlükəsizlik gücləri mobilizasiya olunub. Giriş-çıxışın bağlanması səbəbindən boğazın iki tərəfi arasında nəqliyyatın hərəkətində xeyli çətinlik yaranıb. Rəsmi orqanların məsələ ilə bağlı açıqlama verməsi gözlənilir. Hadisə ilə bağlı daha ətraflı məlumatın əldə olunması üçün araşdırmalar davam edir.