Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın - Rusiyanın şərtləri

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Ukraynadakı münaqişənin dayandırılması üçün keçirilən qeyri-rəsmi danışıqlarda Rusiyanın bir sıra tələbləri ortaya çıxıb. Bu tələblər arasında Donbas regionunun tamamilə Rusiyanın nəzarətinə verilməsi, Finlandiyanın isə NATO-dan çıxması nəzərdə tutulur.
Modern.az-ın məlumatına görə, bu təkliflər Əbu-Dabidə təşkil olunan müzakirələrdə Avropa nümayəndələrinə təqdim olunub. Danışıqlar zamanı Rusiyanın işğal etdiyi əraziləri özündə saxlaması və Donetsk ilə Luqansk vilayətlərinin Ukrayanın nəzarətində olan hissələrinin də Moskva tərəfindən alınması şərtləri irəl sürülmüşdür.
Bundan əlavə, Ukraynanın NATO üzvlüyündən imtinası, Odessa və Nikolayev limanlarının hərbsizləşdirilməsi də müzakirə olunan məsələlər sırasındadır. Ölkənin Avropa İttifaqına gələcəkdə qoşulma imkanı tamamilə göz ardı edilmir.
Rusiyanın qeyd etdiyi digər şərtlər arasında Estoniya, Latviya və Litvada NATO hərbi bazalarının yerləşdirilməməsi, həmçinin Moldova üçün Dnestryanı və Qaqauziyanı əhatə edən federativ quruluşun yaradılması mövcuddur. Bu prosedur çərçivəsində müstəqilliklə bağlı referendum keçirmək imkanı da nəzərdə tutulur.
Təkliflərə cavab olaraq Rusiya, Belarusda nüvə silahlarının çıxarılması, orta mənzilli raketlərin yerləşdirilməməsi və Dnestryanıdan qoşunların geri çəkilməsi kimi güzəştləri irəl sürmüşdür.