Ezonn Xəbər

Azərbaycanda nəqliyyat və anbar xidmətlərinin dəyəri 14,3 milyard manata çatıb

Azərbaycanda nəqliyyat və anbar xidmətlərinin dəyəri 14,3 milyard manata çatıb
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin dəyəri 14 milyard 288 milyon 800 min manata yüksəlib. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% artım nümayiş etdirir. Dövlət Statistika Komitəsinə istinadən verilən məlumatlara görə, xidmətlərin ümumi dəyərinin 59,8%-i yükdaşımaların, 27%-i sərnişindaşımaların, 13,2%-i isə anbar və poçt xidmətlərinin payına düşüb. Yükdaşımalarla bağlı dəyər 8 milyard 546 milyon manat olub, sərnişindaşımalar isə 3 milyard 860 milyon manat təşkil edib. İlk on ayda Azərbaycanda 205,1 milyon ton yük daşınıb ki, bu da ötən ilin eyni dövründən 3,4% çoxdur. Yük daşımalarının 63,5%-i avtomobil nəqliyyatı vasitəsilə, 25%-i boru kəmərləri, 7,6%-i dəmir yolu ilə, 3,7%-i dəniz, 0,2%-i isə hava nəqliyyatı ilə həyata keçirilib. Sərnişındaşımaların sayı isə 9,9% artaraq 1 milyard 861 milyon 900 minə çatıb. Sərnişinlərin 90%-i avtomobil nəqliyyatı, 9,3%-i isə metro ilə daşınıb. Eyni dövrdə “Azərbaycan Dəmir Yolları” QSC 15 milyon 691 min ton yük daşıyıb ki, bu da 13% artım oldu. Tranzit daşımaları 20% artaraq 6 milyon 582 min tona çatıb, konteyner daşımaları isə 18% artaraq 132 500 TEU-ya yüksəlib.