Ezonn Xəbər

Arvadına xəyanət etməyən yeganə milyarder...

Arvadına xəyanət etməyən yeganə milyarder...
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Dünyada müzakirə olunan məsələlərdən biri, ABŞ-nin texnologiya nəhəngi ‘Nvidia’ şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsidir. Noyabrın əvvəlində Huanqın, çinli sahibkar Elis Huanqla, eyni zamanda şirkətdə çalışan yüksəkvəzifəli bir qadınla münasibətlərinin olduğu aşkar edilib. Bu qalmaqal nəticəsində Amerika Birləşmiş Ştatlarında texnologiya sahəsində fəaliyyət göstərən digər milyarderlərin şəxsi həyatı da müzakirə mövzusu olub. Belə ki, 2019-cu ildə o dövrdəki məşuqəsi, indiki həyat yoldaşı Loren Sançezlə yazışmaları üzə çıxan ‘Amazon’ şirkətinin təsisçisi Ceff Bezos, 27 illik həyat yoldaşı Melinda Frenç Qeytsə xəyanət edən Bill Qeyts və ‘Google’ şirkətinin həmtəsisçisi Sergey Brin kimi iş adamlarının da ailə həyatı gündəmə gətirilib. Eyni zamanda, amerikalı milyarder İlon Maskın da bir neçə dəfə ailə həyatı qurması və bir çox övlad sahibi olması onu “sadiq olmayan milyarderlər” siyahısına daxil edib. Bu müzakirələr çərçivəsində, Censen Huanqla bağlı qalmaqalın müsbət cəhətdən adını çəkməyə layiq olan yeganə milyarder Mark Zükerberqdir. 42 yaşlı Zükerberq, həyat yoldaşı Prissila Çana olan sevgisini bir neçə dəfə ictimai şəkildə etiraf edib. O, hətta həyat yoldaşının adını daşıyan 2,1 metr hündürlüyündə heykəlini ucaldaraq başqalarını bu təşəbbüsə qoşulmağa çağırıb. İki övladı olan cütlük, 2012-ci ildən ailə həyatı sürür.