AEBA: İranda 400 kq-dan çox zənginləşdirilmiş uranın yeri hələ də məlum deyil

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda 400 kq-dan çox zənginləşdirilmiş uranın yerini hələ də müəyyən edə bilmir. Bu barədə AEBA-nın Vyana şəhərində dərc etdiyi İran üzrə texniki hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, bu məlumatsızlıq və potensial olaraq hərbi məqsədlər üçün istifadə oluna biləcək materialların yoxlanılması üçün obyektlərə girişin təmin olunmaması ciddi narahatlıq doğurur. AEBA mütəxəssisləri bu vəziyyətin qısa zamanda düzəldilməsinin vacibliyini vurğulayırlar.
Agentlik, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin ölkədaxili vəziyyəti daha da gərginləşdirdiyini qeyd edir. Həmçinin, AEBA ölkədə yoxlamaların dərhal bərpa edilməsinin son dərəcə əhəmiyyətli olduğunu bildirir.