Tovuzda yanacaqdoldurma məntəqəsi bağlanıb

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Tovuz rayonunun Xatınlı kəndində yerləşən Səbuhi Ələkbər oğlu Ələkbərova məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) müfəttişləri tərəfindən həyata keçirilən planlı yoxlama zamanı, məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan ciddi pozuntular aşkar olunub.
Yoxlama zamanı müəyyən edilib ki, yanacaqdoldurma məntəqəsindəki iki yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanları yoxdur. Eyni zamanda, məntəqənin hüquqi şəxs kimi qeydiyyatını təsdiq edən şəhadətnamə, fəaliyyət növünə uyğun lisenziya, çənlərin texniki pasportları və dərəcələnmə cədvəlləri də mövcud deyil. Bununla yanaşı, fövqəladə hallarda təxliyənin üçün müvafiq qaydada razılaşdırılmış planın olmadığı aşkar olunub.
Məntəqədə daha bir təhlükə isə ildırımdan qorunma sisteminin olmamasıdır. Aşkar olunan pozuntuların dərhal aradan qaldırılması mümkün olmadığından, FHN-in mütəxəssisləri məntəqənin fəaliyyətini dayandırıblar. Sahiblərinə pozuntuların aradan qaldırılması məqsədilə tərtib olunmuş aktın bir nüsxəsi təqdim edilib.
Bundan əlavə, ərazi sahibinə texniki təhlükəsizliklə bağlı profilaktik söhbət aparılıb və aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə bağlı lazımi tövsiyələr verilib.
Fövqəladə Hallar Nazirliyinin bu cür yoxlamaları mütəmadi olaraq həyata keçirməsi, insanların həyatını və sağlamlığını qorumaq məqsədini güdür.