71 yaşlı kişi evini fahişəxanaya çevirdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Biləsuvarda 71 yaşlı R.B. adlı kişinin evini fahişəxanaya çevirdiyi aşkar edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı R.B-nın evində qadınların pul qarşılığında cinsi əlaqəyə girdiyi məlum olub. Bu faktla əlaqədar, ahıl kişi saxlanılmışdır.
Hadisə ilə bağlı cinayət işinin açıldığı və materiyanın baxılması üçün məhkəməyə göndərildiyi bildirilir. Məhkəmədə R.B. 3 500 manat məbləğində pul cəriməsi və qazancının 20 faizinin dövlət nəfinə tutulması ilə 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Məlumatlarda qeyd olunur ki, R.B-nın həyat yoldaşı Bakıda yaşadığından, o, evdə tək qalmışdı. Eyni zamanda, qonşusu olan qadın narkotiklərlə bağlı həbs edilib. R.B. həmin qadının anasına borc verib, lakin pulunu geri ala bilməyib.
Həbsdən azad olunan qadın, R.B.-nin borcunu ödəyə bilmədiyi üçün onunla müzakirələr aparıb. R.B. qadına pul müqabilində kişilərlə cinsi əlaqədə olmağı təklif edərək, hər müştəridən 50 manat alacağını, 40 manatının qadına veriləcəyini, 10 manatının isə "evpulu" olacağını bildirib.
Sonra qadın müştərilərlə görüşə başlayıb və polis əməliyyatı zamanı evdə yaxalanıblar.