Ezonn Xəbər

Hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcəyədək enəcək

Hava şəraiti kəskin dəyişəcək, temperatur 10 dərəcəyədək enəcək
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Son günlər mövcud olan mülayim hava şəraiti noyabrın 15-i axşam saatlarından başlayaraq kəskin dəyişəcək. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, ölkədə hava şəraiti qeyri-sabit olacaq, fasilələrlə yağıntılar gözlənilir. Proqnozlara əsasən, şimal-qərb küləyinin arabir güclənməsi, havanın temperaturunun isə əvvəlki günlərlə müqayisədə 5-10 dərəcə enməsi gözlənilir. Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Noyabrın 15-i axşamdan başlayaraq, Azərbaycanın şimal və qərb rayonlarında müxtəlif yerlərdə yağışların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşməsi ehtimalı mövcuddur. Həmçinin, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazla yanaşı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi istisna edilmir. Qeyri-sabit hava şəraiti noyabrın 16-sı axşamadək davam edəcək.