Rauf Hacıyevin oğlu 20 yaşlı rus blogerlə evlənir

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bu gün Bakıda tanınmış rus bloger Avrora Kibanın toy mərasimi keçiriləcək. Avrora, 36 yaşlı Rüstəm Hacıyevlə nikah masasına oturacaq. Rüstəm Hacıyev, Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur. Cütlüyün toyunun keçiriləcəyi məkan isə hələ ki, ictimaiyyətə açıqlanmayıb.
Məlumatlara görə, Avrora və Rüstəm bu ilin fevral ayında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan karnavalda tanış olublar. İki gənc arasında yaranan sevgi münasibəti 8 ay əvvələ dayanır və bu müddət ərzində onlar bir-birlərini daha yaxından tanıma imkanı əldə ediblər.
Cütlüyün münasibətləri bu yay Bakıda keçirilən "DreamFest" festivalında da diqqət çəkib. Onlar həmin tədbirdə birgə görüntülənərək medyanın marağına səbəb oldular.
Ancaq Avrora Kibanın həyatında öncəki münasibətləri də var. O, daha əvvəl Rusiyanın xalq artisti Qriqori Lepslə nişanlı idi. Leps, 2024-cü ilin iyun ayında ona evlilik təklif etmişdi, lakin nişanlılıq iki il davam etdikdən sonra bu ilin yanvarında ayrılıqla nəticələndi.