BP: AÇG üzrə toplanan seysmik məlumatların həcmi 1 petabayta yaxınlaşır

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə toplanan seysmik məlumatların ümumi həcminin 1 petabayta yaxınlaşdığı məlum olub. Bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə yeraltı ehtiyatlar üzrə vitse-prezidenti Dan Sparks məlumat verib.
Sparks, AÇG yatağının yetkinləşməsi prossesində ilkin laydan neft istehsalının artması, habelə daha mürəkkəb laylara keçidin sürətlənməsi ilə əlaqədar geoloji məlumatlara yenidən qayıdılmasının zəruri olduğunu açıqlayıb. O, bu prosesin reallaşması üçün əhəmiyyətli miqdarda investisiyaların lazım olduğunu vurğulayıb.
Vitse-prezident, hər il seysmik məlumatların 250 terabayt həcmmində toplandığını qeyd edib. İndiyədək toplanmış məlumatların həcmi 750 terabayta çatıb və 1 petabayta yaxınlaşıb. Sparks, bu məlumatların toplanmasının investisiya miqyasını daha aydın şəkildə nümayiş etdirdiyini bildirib.
Bu iş SOCAR ilə birgə həyata keçirilir və alınan nəticələr gözləntiləri üstələyir. Bu müvafiq məlumatların toplanması, AÇG yatağına dair daha ətraflı geoloji təsvirlərin yaradılmasına imkan tanıyır. Dan Sparks, bu proyektin nəticələrinin müsbət olacağını vurğulayıb.