Ezonn Xəbər

Temperatur 10° enəcək - XƏBƏRDARLIQ

Temperatur 10° enəcək - XƏBƏRDARLIQ
Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir. Son günlər müşahidə olunan mülayim hava şəraitinin noyabrın 15-i axşam saatlarından etibarən qeyri-sabit keçməsi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, bu dövrdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Xidmət bildirir ki, şimal-qərb küləyinin arabir güclənməsi ilə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək. Bu dəyişikliklər hava şəraitinin kəskinləşməsinə gətirib çıxara bilər. Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağışın yağacağı ehtimali var. Noyabrın 15-i axşam saatlarından isə Azərbaycanın şimal və qərb rayonlarında arabir yağışların olacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə yağışların intensivləşməsi, şimşək çaxması və dağlıq ərazilərdə qar yağması ehtimalı da var. Bundan əlavə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ilə Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi istisna edilmir. Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi proqnozlaşdırılır.