Ezonn Xəbər

Almaniyaya aparılan yükdə 29 kq narkotik çıxdı

Almaniyaya aparılan yükdə 29 kq narkotik çıxdı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirlərində, tranzit yolu ilə Azərbaycan ərazisindən Almaniyaya göndəriləcək yükda 29 kiloqram narkotik maddə aşkar ediblər. Analizlər nəticəsində bu maddənin metamfetamin olduğuna qərar verilib. Qurumdan verilən məlumata əsasən, yük “Şahtaxtı” gömrük postunda İran İslam Respublikasından gələn nəqliyyat vasitəsində olub. Bu vasitə, meyvə şirəsi və enerji içkisi yükləmək məqsədilə gömrük nəzarətinə cəlb edilib. Yoxlama prosesi çərçivəsində stasionar rentgen qurğusundan istifadə edilib. Yoxlama zamanı, yükdə şübhəli təsvirlərin aşkarlanması ilə yanaşı, bəzi qutuların xarici görünüşündə də fərqliliklər aşkar edilib. Bu fərqliliklərin saxtakarlıq məqsədilə yaradıldığı ortaya çıxıb. Daha sonra, kinoloji xidmət itinin köməyi ilə aparılan əlavə yoxlama zamanı 11 qutuda 84 ədəd şəffaf plastik butulka tapılıb. Bu butulkaların içərisində qırmızı rəngli, kəskin iyli mayenin olmasına dair məlumat əldə edilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan tədqiqat nəticəsində, bu mayenin 29 kiloqram 485.111 qram ağırlığında olduğuna və xalis təmiz psixotrop maddə kimi metamfetamin olduğunu təsdiqləyib.