Xalq artistinin kürəkəni barədə qərar verildi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə dələduzluq ittihamı ilə Nəsimi Rayon Məhkəməsində mühakimə olunublar. Onların barəsində daha əvvəl seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən təqdimat verilib.
Məhkəmənin qərarına görə, iki şəxs barəsində həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluq ittihamı irəli sürülüb ki, bu da külli miqdarda ziyan vurmaqla törədilir.
Zərərçəkmiş şəxslərin ifadələrinə əsasən, Rüfət Qasımzadə və Məmməd Məmmədzadənin vurduğu ziyan ümumilikdə 600 min manatdan artıqdır. İş üzrə tanınan 4 zərərçəkmiş var.
Zərərçəkənlərdən Mirəli Cəfərov 65 min 620 manat, Elbrus Seyidov 245 min 650 manat, Elşən Mahmudbəyli 112 min 280 manat, Əbülfəz Allahverdiyev isə 253 min 500 manat ziyana uğrayıblar. Həbs olunmuş şəxslər ötən ay məhkəmə qərarı ilə saxlanıblar.