Ezonn Xəbər

Antalyada "COP31 Türkiyə Platforması" təqdim edilib

Antalyada "COP31 Türkiyə Platforması" təqdim edilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Antalyada beynəlxalq iqlim konfransı COP31 çərçivəsində "COP31 Türkiyə Platforması" təqdim edilib. Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, bu platformanın maliyyə və ticarət mövzusu üzrə əməkdaşlıq layihəsi olduğunu açıqlayıb. Murat Kurum, platformanın məqsədinin yerli özünüidarəetmə orqanlarının iqlimə davamlı və ekoloji cəhətdən təmiz şəhərlər yaratmalarına maliyyə dəstəyi vermək olduğunu bildirib. O, platformanın konkret layihələrə çevrilməsi və insanların həyatına müsbət təsir etməsini arzuladıqlarını vurğulayıb. "Hədəfimiz Antalyanı qlobal iqlim tətbiqlərinin mərkəzinə çevirməkdir," – deyə nazir ifadə edib. Nazir, həmçinin Asiya İnkişaf Bankı ilə imzalanan 150 milyon avroluq bərpaolunan enerji layihəsini ictimaiyyətə təqdim edib. Layihə çərçivəsində Hatay, Malatya, İstanbulun Bağcılar rayonu, Tokat, Trabzon, Diyarbəkir, Qaziantep və Mardində 186 meqavat gücə malik günəş və külək elektrik stansiyalarının qurulması planlaşdırılır. Bu investisiyalar nəticəsində təxminən 320 milyon kilovat-saat təmiz enerji istehsal olunacaq. M.Kurum, bununla yanaşı, 120 min ton istixana qazı emissiyasının qarşısının alınacağını da qeyd edib. Layihənin ekoloji faydası isə təxminən 6 milyon ağacın təsirinə bərabər olacaq və 800 milyon litr suya qənaət edilməsinin proqnozlaşdırıldığı bildirilib.