Ezonn Xəbər

İKT sektorunda proqram təminatı və internet xidmətləri 20%-dən çox artıb, mobil rabitənin payı azalıb

İKT sektorunda proqram təminatı və internet xidmətləri 20%-dən çox artıb, mobil rabitənin payı azalıb
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 3 milyard 639 milyon 600 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 3 milyard 120 milyon 500 min manat idi. Xidmətlər nominal ifadədə 519 milyon manat, real ifadədə isə 9,9% artım göstərmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ən yüksək artım proqram təminatı sahəsində qeydə alınıb. Bu xidmətin dəyəri 29% artaraq 641 milyon 500 min manata çatıb. Eyni zamanda, internet xidmətləri 21,6% artımla 589,1 milyon manat, informasiya xidmətləri isə 6,4% artım ilə 427 milyon 700 min manat təşkil edib. Mobil rabitə xidmətləri, 1 milyard 104,7 milyon manatlıq dəyəri ilə bütün xidmət növləri arasında ən geniş paya malikdir. Lakin, mobil rabitənin ümumi xidmət dəyərindəki payı 33,7%-dən 30,4%-ə enmişdir. 2026-cı ilin ilk doqquz ayında İKT sektorunda illik real artım 11,1% olub, on ayın yekununa isə bu göstərici 9,9%-ə geriləyib. Bu rəqəmlər 2025-ci ilin eyni dövründəki 8,5%-lik artımla müqayisədə daha yüksəkdir. Proqram təminatı və məsləhət xidmətlərində illik artım tempi isə doqquz ayın yekunundakı 32,2%-dən 29%-ə enmiş, internet xidmətlərində isə artım 21,5%-dən 21,6%-ə yüksəlmişdir.