Prokurorluğa qəbul imtahanının tarixi dəyişdirilib

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahanı tarixində dəyişiklik edilib. Noyabrın 19-na nəzərdə tutulan imtahan, noyabrın 23-nə keçirilib.
Baş Prokurorluğun məlumatına görə, imtahan yalnız test mərhələsini uğurla keçmiş namizədlər üçün nəzərdə tutulmuşdur. İmtahanda iştirak etməyə hazırlaşanlar, Bakı şəhərindəki Azərbaycanın Texniki Universitetinin “İdman Sarayı”nda toplanmalıdırlar.
İmtahan saat 10:00-da başlayacaq və 4 saat davam edəcək. İmtahan binası Ayna Sultanova küçəsi 5 ünvanında yerləşir. Namizədlərin imtahana buraxılması üçün saat 09:00-dan əvvəl binanın qarşısında olmaları vacibdir.
Yazılı imtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin təqdim edilməsi mütləqdir. Buraxılış vərəqəsi və “Yaddaş kitabçası” Baş Prokurorluğun müvafiq internet səhifəsindəki şəxsi kabinetdən əldə edilərək çap olunmalıdır.
Əlavə məlumat üçün 361-00-80, 437-28-56, 361-00-76, 361-00-77 və 361-00-78 nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.