Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın vaxtı dəyişdirilib

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan tarixi dəyişdirilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.
Elan edilən müsabiqənin test imtahanını müvəffəqiyyətlə keçən namizədlər üçün əvvəlcədən 19 noyabr 2026-cı il tarixi nəzərdə tutulmuşdu. Lakin imtahanın yeni tarixi 23 noyabr 2026-cı il olaraq müəyyən edilib.
Xatırladaq ki, imtahan həmin gün saat 10:00-da başlayaraq 4 saat müddətində həyata keçiriləcək. İmtahan, Bakı şəhərində, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda baş tutacaq.
Namizədlərin imtahana buraxılması üçün saat 09:00-dək imtahan binasının qarşısında olmaları tələb olunacaq. Həmçinin, “Yazılı imtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini təqdim etmələri vacibdir.