Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan vətəndaşı Telman Musa oğlu Allahverdiyev Gürcüstandan Azərbaycana ekstradisiya edilib. Bu məlumatı Baş Prokurorluq açıqlayıb.
Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. Məlumata görə, Telman Allahverdiyev haqqında hazırlanan cinayət işi çərçivəsində, onun böyük miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma əməlini törətdiyinə dair əsaslı şübhələr var.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən araşdırmalar davam etdirilir. Telman Allahverdiyev barəsində təqsirləndirilən şəxs qismində cəlb edilib. O, istintaqdan gizlənərək axtarışa verilib.
Gürcüstanda saxlanılan Allahverdiyev, ədliyyə orqanlarının müvafiq qurumları tərəfindən Azərbaycana qaytarılıb.