Qırıcılar havaya qaldırıldı: 4 ölkə üçün müharibə həyəcanı – GƏRGİNLİK ARTDI

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
Baltikyanı ölkələrdə, xüsusilə Litva, Latviya və Estoniyada naməlum pilotsuz uçuş aparatlarının (PUA) yarada biləcəyi təhlükə səbəbindən gərginlik yaşanır. Bu kontekstdə Ukrayna tərəfindən Rusiyanın strateji Ust-Luqa limanına edilən hücum da bölgədəki gərginliyi artırıb. Hazırda müharibənin NATO sərhədlərinə sıçrama ehtimalı narahatlığa yol açıb.
Litvada, 300 min əhalisi olan Kaunas şəhəri də həyəcan siqnalının əhatə dairəsinə daxil edilib. Ölkənin Baş Qərargah rəisi Giedrius Premeneckas, PUA-ları vurmaq cəhdlərinin müvəffəqiyyətlə nəticələnmədiyini, bu aparatların elektron müharibə vasitələrinin təsiri ilə istiqamətini itirdiyini vurğulayıb. Eyni zamanda, Ukrayna boru xətləri vasitəsilə Rusiyanın Baltik sahilindəki strateji Ust-Luqa limanını hədəf alıb.
Türk siyasi şərhçi Murat Jane, Baltikyanı bölgədəki hadisələrin ciddi təhlükəsizlik xəbərdarlığı olduğunu qeyd edib. Lakin o, bu vəziyyəti birbaşa NATO–Rusiya müharibəsinin başlanğıcı kimi dəyərləndirməyin yalnış olacağını bildirib. Ekspert, PUA-ların vurula bilməməsinin NATO-nun müdafiə imkanlarının iflasa uğraması anlamına gəlmədiyini bildirib.
Eyni zamanda, bölgədə müharibənin ağırlıq mərkəzinin Baltikyanı bölgəyə keçdiyini demək üçün hələ kifayət qədər sübut olmadığını qeyd edən Murat Jane, Rusiya-Ukrayna müharibəsinin təsirlərinin artıq iki ölkənin hüdudlarını aşaraq Şərqi Avropanı əhatə etdiyini vurğulayıb. Qara dəniz təhlükəsizliyinin Türkiyə üçün əhəmiyyətli olduğunu bildirən ekspert, PUA-ların yaratdığı qeyri-sabitlik nəticəsində müdafiə imkanlarına tələbatın artacağına işarə edib.