Ezonn Xəbər

Avropa Azərbaycan Məktəbi COBIS Regional Tədris və Öyrənmə Konfransına ev sahibliyi edir

Avropa Azərbaycan Məktəbi COBIS Regional Tədris və Öyrənmə Konfransına ev sahibliyi edir
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Avropa Azərbaycan Məktəbində (EAS) COBIS Regional Tədris və Öyrənmə Konfransı baş tutub. Konfrans, müxtəlif ölkələrdən gələn təhsil mütəxəssislərini və spikerləri bir araya gətirərək təhsil sahəsində bilik və təcrübə mübadiləsini təsdiqləyir. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin istedadlı şagirdləri bədii proqram təqdim edərək qonaqları qarşılayıblar. Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini tədbirin əhəmiyyətini vurğulayaraq beynəlxalq təhsil əməkdaşlığının roluna toxunub. Tədbirin davamında iştirakçılar interaktiv təqdimatlar, müzakirələr və praktiki sessiyalarla yeni təhsil metodları və aktual məsələlər haqqında müzakirələr aparıblar. Konfransda iştirak edən mütəxəssislər, Qazaxıstan, Özbəkistan, Rusiya, Çexiya, Amerika Birləşmiş Ştatları, Rumıniya, Gürcüstan, İsveçrə, Hindistan və Tacikistan kimi ölkələri təmsil edir. Bu beynəlxalq platforma, fərqli təhsil sistemlərində tətbiq edilən metodların müzakirəsi və peşəkar əlaqələrin qurulması üçün vacib bir imkan təqdim edir. Avropa Azərbaycan Məktəbi bu cür tədbirlərə ev sahibliyi etməklə beynəlxalq əməkdaşlığı və təhsilin inkişafını dəstəkləməyə davam edir. İki gün davam edən konfransın faydalı müzakirələr, yeni biliklər və əməkdaşlıqlarla zəngin olması gözlənilir. Bu da, gələcək təhsilin formalaşmasına müsbət təsir göstərəcək.