Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani arasında anlaşma əldə edilib. İstanbulda, Dolmabağça sarayında keçirilmiş görüşdə liderlər öncə təkbətək, sonrasında isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.
Görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsi, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan, "Qarşılıqlı Müdafiə Sazişi"nin münasibətlərə yeni perspektiv qazandıracağını, eyni zamanda "Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişi"nin qarşılıqlı ticarət dövriyyəsini artırmağa yardımcı olacağına diqqət çəkib.
Liderlər, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və müdafiə sənayesi üzrə tərəfdaşlığın inkişafına yönəlmiş səylərin davam etdirildiyini bildirdilər. Onlar həmçinin, Körfəz bölgəsində müharibənin yenidən alovlanmasının qarşısının alınması və problemlərin diplomatik yollarla həlli məsələlərini müzakirə ediblər.
Görüşdən sonra, Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 12-ci iclası çərçivəsində beş fərqli saziş imzalanıb. Bu sənədlər istehlakçı hüquqlarının müdafiəsi, bazara nəzarət, təhsil və münaqişələrin həlli sahələrini əhatə edir. "Qarşılıqlı Müdafiə Sazişi"ni isə şəxslər Ərdoğan və Al Sani imzalayıblar.