Ezonn Xəbər

Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır.

Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır.
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Rusiyalı əczaçılar ömrü uzatmaq və həyat keyfiyyətini artırmaq məqsədilə yeni dərman preparatları hazırlamaq üzərində fəaliyyət göstərirlər. Bu barədə "Promomed" şirkətinin Direktorlar Şurasının sədri Pyotr Belıy Pekində keçirilən tədbirdə TASS-ın müxbirinə məlumat verib. Belıy bildirib ki, şirkət bir sıra molekul layihələri üzərində işləyir. Onun sözlərinə görə, yeni dərmanların hazırlanmasında əsas məqsəd yalnız ömrü uzatmaq deyil, eyni zamanda insanların həyat keyfiyyətini də yüksəltməkdir. Qeyd edilib ki, bəzi layihələr Çin tərəfdaşları ilə birgə həyata keçirilir. Lakin yeni preparatların hazırlanması ilə bağlı konkret tarix açıqlanmayıb ki, bu da suallar doğurur. Şirkətin Pekində molekulların tədqiqi və klinik araşdırmalarla məşğul olacaq yeni elmi-tədqiqat bölməsinin açılışı zamanı bu məlumatların verilməsi diqqət çəkib.