Bakıda şagird pulu oğurlayıb dönər aldı

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda bir məktəbli, Binə qəsəbəsində yerləşən "Rahat" supermarketindən gizli yollarla 1492 manat oğurlayaraq, həmin pulla dönər alıb. Oğurluq edən şagirdin 2010-cu il təvəllüdlü olması və eşitmə məhdudiyyətli olduğu bildirilir.
Məlumatlara görə, hadisə baş verəndə, məktəbli F.Səməndərov (şərti soyad) marketin müdirinin otağına daxil olaraq pulları götürüb. O, hadisədən sonra supermarketi tərk edərək, əldə etdiyi pulla müxtəlif xərcləmələr edib.
Marketin rəhbərliyi, oğurluq anını əks etdirən görüntüləri polisin araşdırmasına təqdim edib. Nəticədə, poliis şagirdi saxlayıb, onun üzərindən 62 manat pul aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə iş başlanılıb və iş sənədləri Xəzər Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə, marketin nümayəndəsi F.Səməndərovdan şikayətçi olmadıqlarını bildirərək, şagirdin ailə vəziyyətini və sağlamlıq imkanlarını nəzərə alaraq barışıqla bağlı sənəd təqdim ediblər. Ayrıca, vurulmuş zərərin ödənilməməsi qeyd olunub.
Nəticə olaraq, 16 yaşlı S.Səməndərova 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Həmçinin, onun üzərinə elektron qolbaq yerləşdirilib və yaşadığı ərazini tərk etməməsi ilə bağlı tələblər qoyulub.